Foi-se o tempo em que Henry Ford podia se dar ao luxo de dizer “qualquer um pode ter um carro desde que seja preto”. Nesse período em que o profético Alvin Tofler nomeou de Segunda Onda:
“Há 300 anos, com mais ou menos meio século de diferença, ouviu-se uma explosão que enviou ondas de concussão em cadeia através da Terra. Demolindo sociedades antigas e criando uma civilização inteiramente nova. Essa explosão foi, naturalmente, a revolução industrial” (Tofler, 2005 p.35).
É marcante como ele fala dos veículos de massa, a base familiar, o trabalho braçal, as supercompanhias, etc. ( para maiores infirmaçoes acesse: http://migre.me/3moQ )
Porém o mundo mudou e hoje com a web 2.0 o consumidor passou a interagir com o emissor (empresa) e se tornou o que chamo de super consumidor. Ao contrário da Segunda Onda onde a comunicação era de massa, hoje está se acabando graças à Internet que permite separar consumidores por “nicho” que é menor do que segmento.
Ele tem o poder de levantar uma marca de uma empresa ou até mesmo detoná-la. E é imprescindível qualquer empresa, seja ela média, pequena ou grande tirar o melhor proveito dessa nova era que está cada vez mais presente no dia-a-dia.
Boa parte desse poder está nas medias sociais como orkut, You Tube, Facebook, Linkedin.
Portanto, quanto mais as empresas entenderem a importância desses novos meios e ativamente se aproximar de seus clientes poderá colher bons frutos desse novo Super Consumidor, caso contrário, se não se adaptar correrá riscos de não crescer ou até encerrar suas atividades.
ŞƏXSİ MÜQƏDDİMƏ
Güc Dəyişikliyi.  Bizi XXI əsrə aparan təəcübləndirici dəyişikləri anlamaq cəhdlərimiz 25 illik əziyyətin kuliminasiyasıdır.  Gələcəyin Şok-u ilə başlanan, Üçüncü dalğa ilə davam edən trilogiyanın sonuncu cildidir.
Günümüzdəki sürətlənən dəyişiklikləri təsvir edərək, media bizə əlaqəsiz məlumatlar  yağdırır.  Mütəxəssislər  bizi dar ixtisaslaşmış monoqrafiyaları ilə basdırırlar. Tanınmış proqnozçular  onların qarşılıqlı əlaqəsini əks etdirən və ya onları geri çevirə bilmə ehtimalı olan gücləri bizə göstərəcək heç  bir modelsiz  əlaqəsi olmayan istiqamətlərin (tendensiyaların)  siyahılarını təqdim edir. Nəticədə, dəyişiklik özlüyündə anarxik, hətta dəlilik kimi görünür.
Əksinə, bu trilogiya, bu günümüzdəki sürətli dəyişikliklər bizi inandırdıqları kimi  “xaotik və təsadüfi deyil” fərziyyəsi ilə başlayır.  O, inandırmağa çalışır ki, başlıqların arxasında yalnız müxtəlif  quruluş deyil, həm də onlara forma verən müəyyən qüvvələr var. Sistemsiz şəkildə ayrı-ayrılıqda olmaqdansa, bu quruluşu və qüvvələri anlasaq,  strategiya ilə onların öhdəsindən gəlmək olar.
Buna baxmayaraq, günümüzün böyük dəyişikləri anlamaq və strategiya ilə düşünmək üçün bizim informasiya “bit”lərindən, ekran araları və sıralamalardan daha çoxuna ehtiyacımız var. Biz fərqli dəyişikliklərin bir-birindən necə əlaqələndiyini  görməliyik.  Güc dəyişikliyi  iki sələfi kimi  planetimizə yayılan yeni sivilizasiyanın aydın və  hərtərəfli görüntüsünü təqdim edir.
Sabahın alışma nöqtələri, günümüzdə üzləşdiyimiz yeni sivilizasiyanın  köhnənin mövqeyini möhkəmlətmiş qüvvələri ilə toqquşmasıdır. Güc  dəyişikliyi iddia edir ki, artıq şahidi olduğumuz korporasiyalarda  yenidənqurma və ələ keçirmələr gələcəkdəki biznes müharibələrinin mancanaqlarıdır. Ən əsası, bu yaxınlarda Şərqi Avropada və Sovet İttifaqında olan dəyişikliklər  qarşıdan gələn qlobal hakimiyyət mübarizəsinin yanında xırda atışmalardır. ABŞ, Avvropa və Yaponiya arasında rəqabət hələ ki, tam intensivləşməyib.
Qısası, hakimiyyət çevrilişi  sənayə sivilizasiyasının dominantlığını itirdiyi və yeni qüvvələrin baş qaldırması şəklində hələ də üzbəüz olduğumuz artan templə gedən hakimiyyət mübarizəsi haqqındadır.
Mənə görə, Güc Dəyişikliyi heyranedici səyahətdən sonra çatılmış ən hündür zirvədir.  Davam etməzdən əvvəl şəxsi qeydlər bildirilməlidir. Mən bu səyahəti təkbaşına etməmişəm.  Bütün bu trilogiyanın başlanğıcdan tamamlanmağına qədər akreditə olunmamış həmmüəllifi olub. Bu iş bir deyil iki ağılın məhsuludur, buna baxmayaraq, kitabı mən yazmışam və bütün alqış və tənqidləri öz üzərimə götürmüşəm.
Kitaba həmmüəlliflik etmiş digər şəxs bir coxlarının bildiyi kimi, ən yaxşı dostum, həyat yoldaşım, ortağım, 40 illik sevgim Heidi Tofflerdir.  Ola bilsin ki, trioligiyada müəyyən səhvlər olsun, amma Heidinin skeptik (şübhəcil) intellekti, ağıllı dərrakəsi, iti redaktə hissi, insanlara  yaxşı qiymət vermək bacarığı olmasaydı bu səhvlər daha ciddi olardı.
O, bitmiş işə parlaqlıq verməyib, işin təməli olan modelləri formullaşdırıb.
Kitabın hazırlanması tədqiqat, dünyanın müxtəlif yerlərindən insanlarla müsahibə, ehtiyatlı təşkilatçılıq, layihələndirmə, sonsuz sayda yeniləmələr və təkrar göz gəzdirmə tələb edirdi.  Heidinin bu işdə iştirakı digər öhdəliklərindən asılı olsa da o, hər mərhələdə iştirak edirdi.
Bununla yanaşı, son 20 il ərzində dəyişən bir az şəxsi, bir az ictimai, bir az da iqtisadi səbəblərdən qərara alındı ki, müəllif kitabı yazan olsun. Hətta indi də Heidi düzgünlüyü, sevgisi və təvazökarlığına görə  öz adını kitabın üz qabığında yazılmasından imtina edir. Səbəbi onu qane etsə də, mənim üçün belə deyil.  Mən həmin nöqsanı yalnız bu şəxsi müqəddimə ilə düzəldə bilərəm. Mən bu trilogiyanın  mənim olduğu qədər də onun olduğunu hiss edirəm.
Bütün 3 kitab bir dövrü araşdırır- 1950-ci illərdən başlayaraq və təxminən 75 il sonranı – 2025-ci illəri.  Bu dövr tarixin dönüş nöqtəsi adlandırıla bilər.  Bu zaman kəsiyi  əsrlərlə dominantlıq etmiş  “Fabrika bacaları” sivilizasiyasının sonunda yeni, fərqlisi ilə dəyişən və dünyanı silkələyən hakimiyyət mübarizəsi ilə müşayiət olunan bir dövrdür.
Eyni dövrə fokuslansa da, hər üç kitabın reallıq səthinin arxasındakıları tədqiq etmək üçün istifadə etdiyi linzalar fərqlidir. Onların arasındakı fərqi müəyyənləşdirmək oxucular üçün yararlı ola bilər.
Gələcəyin Şoku  dəyişikliyin gedişatını(prosesini) – dəyişiklik insanları və təşkilatları necə təsir etməsini izləyir. Üçüncü dalğa dəyişiklərin bizi apardığı istiqamətlərə fokuslanıb.
Güc Dəyişikliyi gələcək dəyişikliklərın nəzarətdə saxlanması-kimi və necə formalaşdırmağa, həsr olunub.
Güc Dəyişikliyi- qısa vaxt ərzində çoxlu dəyişiklikləri tədqiq eməyə çalışaraq,  çaşqınlıq və stress gətirən kimi müəyyənləşdirdik. Tarixin sürətlənməsinin özündə, mövcud istiqamətlərdən müstəqil  bir nəticə var. Müddətin və hadisələrin tempinin sürətlənməsi nəticəsinin pis və ya yaxşı kimi qavranılmasından asılı olmayaraq reaksiya öz effektini yaradır.
Çox yaxında  fərdlər, təşkilatlar və hətta dövlətlər də həddindən artıq dəyişikliklərdən yüklənə bilər. Bu dəyişikliklər çaşqınlığa və uyğun qərarlar vermə bacarığında pozğunluğa aparacaq.  Qısası, onlar bu gələcək şokdan əziyyət çəkə bilərlər.
Mövcud fikirlərin əksinə olaraq, Gələcəyin Şoku nüvə ailəsini yaxınlarda dağılacağını söyləyir. Həmçinin genetiq inqilab, birdəfəlik cəmiyyət və bəlkə də artıq başlayan təhsildəki uzun inqilab haqqında qabaqcadan məlumat verir.
İlk dəfə 1970-ci ildə ABŞ-da, daha sonra dünyanın müxtəlif ölkələrində çap olunan kitab qınından çıxmış sinirlərə toxundu və ən çox satılan sürpriz kitab olaraq şərh uçqunlarına məruz qaldı. Elmi İnformasiya İntstitutuna görə, ən çox sitat gətirilən kitab  sosial ədəbiyyatdır. Gələcəyin şoku sözü gündəlik dilimizə və bir çox lüğətlərə daxil olub və günümüzdə daim başlıqlarda peyda olur.
1980-ci ilə çap olunan Üçüncü dalğa fərqli fokusa malikdir.  Cəmiyyət və texnologiyada son inqilabi dəyişiklikləri təsvir edərək  onları tarixi perspektivlərlə yerləşdirib,  səbəb ola biləcəkləri gələcəyi ssenariləşdirir.
10 000 il əvvəl baş vermiş kənd təsərrüfatı inqilabını insan tarixində ilk  dəyişikliyi Birinci Dalğa, sənaye ingilabını İkinci Dalğa və 1950-ci ilin ortalarından ictimai və texnoloji dəyişiklikləri-yeni, postsənaye sivilizasiyasının başlanğıcı, Üçüncü Dalğa adlandırırlar.
Yeri gəlmişkən, o, bilgisayar, elektronika, informasiya, biotexnologiya əsasında qurulmuş, mənim iqtisadiyyatın “yeni idarə güllələri” adlandırdığım sənayeləri göstərir. Çevik (elastik) istehsalat, taxca bazarlar, yarımgün işlərinin yayılması, medianın kütləvisizləşdirilməsi (demasifikasiya)? kimi şeylərdən əvvəlcədən göstərir. O,  istehsalçı və istehlakçının yeni birləşməsini təsvir edərək “prosumer” adını təqdim edir. Orada baş verəcəyi gözlənilən, bəzi işlərin evə geri qayıtması dəyişikliyi,  siyasi və millət-dövlət  sistemindəki dəyişikliklər müzakirə olunur.
Bəzi ölkələrdə qadağan olunan Üçüncü Dalğa digərlərində ən çox satılan kitab oldu və bir müddət Çində intelektual reformistlerin müqəddəs kitabına çevrildi. Əvvəllər Qərbin “ruhi kirliliyini” yaymaqda günahlandırdılar, sonra icazə verib coxlu miqdarda çap etdilər, o, dünyanın ən çox əhalili ölkəsində ən çox satılan kitab oldu.  O vaxtkı baş nazir Zao Ziyanq onun haqqında  konfranslar çağıraraq yüksək vəzifəli məmurlara bu kitabı oxumalarını məsləhət görürdü. Polşada kitabın qanunla ixtisar edilən (after a legitimately abridged)  versiyası çap olunanda tələbələr və həmrəylik (birlik) tərəfdarları  ixtisarlara heyrətə gəlmişdilər ki, kitabın zirzəmi (underground)  nəşrini, həmçinin çıxarılmış fəsillərdən ibarət broşuralar çap etdirdilər. Gələcəyin Şoku kimi Üçüncü Dalğa da oxucularını ruhlandırıb, belə ki,  yeni məhsullar, şirkətlərin, simfoniyaların və hətta heykəllərin yaranmasına səbəb olub.
İndi Gələcəyin Şoku-ndan 20 il sonra  və Üçüncü Dalğa-dan 10 il sonra Güc dəyişikliyi axır ki hazırdır. Sələflərinin qoyduğu yerdən başlayaraqo  biliyin  güclə münasibətdə rolunun həlledici şəkildə dəyişməsinə fokuslanıb. Burda ictimai gücün yeni teoriyası  və  iqtisadiyyat, siyasət və qlobal  hadisələrdə  üzümüzə gələn dəyişikləri təqdim olunub.
Gələcək öncədən deyilənlərlə dəqiq  “bilinən” deyil deməyə çətin ki ehtiyac var.  Həyat surrealist surprizlərlər doludur.  Hətda ən sərt modellər və qəti məlumatlar yumşaq ehtimallara əsaslanır, əsasən də burda insan əlaqəsi varsa. Bundan başqa, kitabdakı mövzular sürətlənən dəyişiklər səbəbindən  ordakı detalları  köhnəlmiş mövzu edir. Statistika dəyişikliyi. Yeni texnologiyalar köhnələri sıxışdırıb çıxardır. Siyasi liderlər yüksəlir və devrilir. Hər halda gilsi bölə olan gələcəyə irəliləyiriksə, yenidən göz gəzdirmə və düzəlişə ehtiyacı olan ümumi və yarımcıq xəritələrimizin olması heç olmamasından yaxşıdır.
Trilogiyadakı kitablar fərqli modellər üzərində qurulsa da, bir-birləri ilə uyğunluq təşkil edir. Bütün kitablar sənədlərə, tədqiqatlara,  müxtəlif ölkələrdən və müxtəlif sahələrdən reportajlara əsaslanır. Məsəl üçün bu işi hazırlayarkən həm zirvədəki gücləri, həm də cəmiyyətin dərinliklərindəki gücləri öyrənməyə cəhd etdik.
Bizim Mixail Qorbaçov, Ronald Reyqan, Corc Buş, bir neçə yapon baş naziri və dünyanın güclü insanları sayılə biləcək bir çox insanlarla saatlarla söhbət etmək imkanımız olub.
Digər tərəfdən, birimiz və ya hər ikimiz Cənubi Amerikanın “kasıblar şəhəri”-nin  sakinləri ilə və ömürlük həbs cəzası çəkən qadınlarla da görüşdük. Hər iki qrupu Yer üzünün ən gücsüzləri hesab edirlər.
Əlavə olaraq, biz güc haqqında bankirlər, fəhlə birlkləri, biznes liderləri, bilgisayar mütəxəssisləri, generallar, “Nobel” mükafatı alan elm adamları, neft maqnatları, jurnalitlər və dünyanın ən böyük şirkətlərinin menecerləri ilə müzakirələr etmişik.
Ağ Ev, Parisin Yelisey Sarayı, Tokioda Baş Nazirin ofisində, hətta Moskvada Komunist Partiyasının Mərkəzi Komitəsində qərar qəbul edən insanlarla danışmışıq.
Moskvada Anataoliy Lukyanov ( o vaxt Mərkəzi Komitənin üzvü idi, sonra  SSRİ-nin Qarbaçovdan sonra ikinci ən yüksək vəzifəli şəxsi) ilə müzakirələr polit bürodan  gözlənilməz bir zəng ilə yarımçıq qalmışdı.
Bir dəfə Kaliforniyada gün işığı ilə dolmuş bir otaqda kitab qalaqlarının arasında idim. Mən bu otağa gözübağlı gətirilmişdim, Heç vaxt ağlıma gəlməzdi ki, palıd ağacından olan kitabxana stolunda oturan köynək və cins geyinmiş  ağıllı qadın canidir. Və ya o  dəhşətli seksual cinayətdə ittiham olunur. Yaxud biz türmədəyik- güc reallıqlarının bütün çılpaqlığı ilə göründüyü bir yer. Ondan öyrəndim ki, hətta məhkumlar  da  gücsüz deyil.  Onlardan bəziləri bizim kitaba birbaşa aidiyyatı olan informasiyanı güc məqsədləri üçün istifadə etməyi yüksək incəliklə bacarır. Bunu  Kardinal Rişelyenin XIII Lyuinin məhkəməsindəki manupilasiya ilə müqayisə etmək olar (Bu təcrübə mən və yoldaşımı əsasən canilərdən ibarət olan bir sinfə seminar keçməyimizə səbəb oldu- onlardan çox şey öyrəndik).
Bu cür təcrübələr, əlavə olaraq dünyanın müxtəliflərdən yazılı mənbələrin hərtərəfli oxunması Güc Dəyişikliyi-ni hazırlanmasına və həyatımızda unudulmaz biz zaman olmasına səbəb oldu.
Ümid edirik ki, oxucular Güc Dəyişikliyi-ni də Üçüncü Dalğa, Gələcəyin Şoku kimi yararlı, zövqverici, bilikləndirici kitab kimi qiymətləndirəcəklər.
25 il əvvəl başlamış geniş sintez indi başa çatıb.
—ALVIN TOFFLER